AZ

Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır

Görüş martın 22-nə planlaşdırılır.

Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirlərinin Tokioda görüşü planlaşdırılır.

Operativ Media “Kyodo” xəbər agentliyinə istinadən xəbər verir ki, görüş martın 22-nə planlaşdırılır.

Məlumata görə, tədbirin proqramı yekun təsdiqlənmədən keçir. Eyni zamanda Tokioda xarici işlər nazirləri və iqtisadi məsələlərə cavabdeh olan nazirlərin iştirakı ilə “Yüksək Səviyyəli Yaponiya-Çin İqtisadi Dialoqu”nun keçirilməsi də planlaşdırılır.

Xatırladaq ki, Çin, Cənubi Koreya və Yaponiya xarici işlər nazirliklərinin rəhbərləri sonuncu dəfə 2023-cü ilin noyabrında Cənubi Koreyanın Busan şəhərində görüşüblər.

Seçilən
53
5
operativmedia.az

8Mənbələr