Bakı, TurkicWorld
ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman yaxın aylarda görüşəcək.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Şahzadə Xalid bin Bəndər iki liderin mütəmadi əlaqə saxladığını və Ər-Riyadın ABŞ ilə strateji tərəfdaşlığını qorumağa çalışdığını bildirib.
O, Trampın prezidentliyi dövründə dünyanın sonunun gəlmədiyini, əksinə, bəzi bölgələrdə vəziyyətin yaxşılaşdığını vurğulayıb.
Şahzadə Xalid bin Bəndər həmçinin bildirib ki, Ər-Riyad Qəzzada "Riviera" layihəsini alqışlayır, lakin bunun fələstinlilərin köçürülməsi ilə baş verməsinə qarşıdır.
O, fələstinlilərin öz torpaqlarında qalmaq istədiyini vurğulayıb və onların yaşayış şəraitinin yaxşılaşdırılmasını dəstəklədiklərini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qəzzanın turistik bölgəyə çevrilməsi və fələstinlilərin başqa ölkələrə köçürülməsi ilə bağlı təklifləri ərəb dünyasında və Avropada sərt reaksiyalar doğurub.
İsrailin baş naziri Netanyahu isə fələstinlilər üçün Səudiyyə Ərəbistanında dövlət qurulmasını təklif edib ki, bu da geniş tənqidlərə səbəb olub.