AZ

Niyə Məhəmməd bin Salman Ukrayna danışıqlarında vasitəçilik edir?

Son iki ildə Səudiyyə Ərəbistanı beynəlxalq diplomatiyada mühüm rol oynayaraq Rusiya və Ukrayna, eləcə də ABŞ və Rusiya arasında əsir mübadiləsində aparıcı vasitəçilərdən birinə çevrilib.

HİT.az "The Times"a istinadən xəbər verir ki, son həftələrdə Rusiya rəsmiləri krallığın şahzadə Məhəmmədin iki köhnə dostu - Donald Tramp və Vladimir Putin arasında sammit üçün ideal məkan ola biləcəyinə işarə ediblər. ABŞ prezidenti isə qarşıdakı görüşü təsdiqləyib.

ABŞ-ın digər yaxın müttəfiqi, Rusiya lideri ilə dostluq münasibətləri olan Birləşmiş Ərəb Əmirlikləri də mümkün görüş məkanı kimi nəzərdən keçirilib. Lakin BƏƏ-dən fərqli olaraq, şahzadə Məhəmməd Ukrayna prezidenti Volodimir Zelenski ilə də əlaqələr qurmağa nail olub.

2023-cü ildə o, həm Zelenskini, həm də Rusiya nümayəndələrini Ərəb Dövlətləri Liqasının sammitinə dəvət edib. Həmin sammitdə Səudiyyə Ərəbistanının yenidən təşkilata qəbul etdiyi Suriya lideri Bəşər Əsəd də iştirak edib.

Həmin vaxta qədər Ukrayna Səudiyyə Ərəbistanından milyonlarla dollar həcmində yardım almışdı. Eyni zamanda, səudiyyəli investorlar Qərbin Ukrayna müharibəsinə görə tətbiq etdiyi sanksiyalar fonunda Rusiya aktivlərinə yüz milyonlarla dollar sərmayə qoymuşdu.

Ərəb Dövlətləri Liqasının sammiti Səudiyyə Ərəbistanının artan nüfuzunu nümayiş etdirib. Bu isə bəzi ABŞ və ərəb ölkələri rəsmilərinin narazılığına səbəb oldu, xüsusilə də Zelenskinin bu fürsətdən istifadə edərək onlara Ukraynaya yetərincə dəstək vermədiklərinə görə irad bildirməsindən sonra.

Səudiyyəlilər üçün isə bu hadisə onların qlobal güclərin fikir ayrılıqlarını həll edə biləcəyi neytral platforma statusunu möhkəmləndirib. Trampın Putinlə krallıqda görüşəcəyini elan etməsi bu imici daha da gücləndirib.

Samir

Seçilən
20
50
hit.az

10Mənbələr