13 fevral 2025-ci il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 36,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Xatırladaq ki, 11 fevral 2025-ci il tarixində Mərkəzi Bankda keçirilmiş valyuta hərracında tələb 56,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin olunmuşdu.