Bakı, 13 fevral, AZƏRTAC Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 36,2 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.