Dövriyyədə olan müəyyən dövlət istiqrazlarının geri alınması ilə bağlı hərrac keçiriləcək.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (emitent) tərəfindən daxili maliyyə bazarında Bakı Fond Birjasının ticarət platforması vasitəsilə yerləşdirilmiş AZ0201040208 (80 000 000 manat), AZ0201040240 (90.000.000 manat), AZ0201040265 (90.000.000 manat) və AZ0201040323 (100.000.000 manat) İSİN kodlu dövlət istiqrazlarının Buraxılış Şərtlərinin 3.2-ci bəndinə əsasən 2025-ci il 25 fevral tarixində vaxtından əvvəl geri alınması üzrə Bakı Fond Birjasında hərracın keçirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar yuxarıda sözügedən dövlət istiqrazlarının vaxtından əvvəl emitentə geri satılmasında maraqlı olan mülkiyyətçilərdən bu prossesin həyata keçirilməsi məqsədilə emitentin anderrayterinə və Bakı Fond Birjasına müraciət etmələri xahiş olunur.
Geri alınacaq dövlət istiqrazlarının cəmi nominal dəyəri 360 milyon manatdır.