AZ

Bəzi dövlət istiqrazları vaxtından əvvəl geri alınacaq - MALİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Azərbaycanda hazırda dövriyyədə olan bəzi dövlət istiqrazları vaxtından əvvəl geri alınacaq.

FED.əz xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi açıqlama yayıb. Açıqlamaya əsasən istiqrazların geri alınması üzrə hərrac keçiriləcək.

Nazirliyin bəyanatında deyilir ki, Maliyyə Nazirliyi (emitent) tərəfindən daxili maliyyə bazarında bir sıra dövlət istiqrazlarının 2025-ci il 25 fevral tarixində vaxtından əvvəl geri alınması üzrə Bakı Fond Birjasında hərracın keçirilməsi nəzərdə tutulur.

Hərrac Buraxılış Şərtlərinin 3.2-ci bəndinə əsasən keçiriləcək və indiyədək buraxılmış AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu istiqrazları əhatə edəcək.

 

Nazirlik həmin istiqraz sahiblərini istiqrazları geri qaytarmağa çağırıb. «Sözügedən dövlət istiqrazlarının vaxtından əvvəl emitentə geri satılmasında maraqlı olan mülkiyyətçilərdən bu prossesin həyata keçirilməsi məqsədilə emitentin anderrayterinə və Bakı Fond Birjasına müraciət etmələri xahiş olunur»-deyə açıqlamada deyilir.

Seçilən
15
3
fed.az

10Mənbələr