AZ

“İnsanların vaxt itkisinin qarşısını almışıq” – Mikayıl Cabbarov

Rəqəmsal alətlər vergi xidmətləri üzrə keyfiyyətin artmasına vəbiznes proseslərinin asanlaşdırılmasına yardım edir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən “VERGİXİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.

Nazir bildirib ki, texnologiyaların inkişafı insanların vaxt itkisini aradan qaldırmağa xidmət edir. Onun sözlərinə görə,elektron vergi xidmətlərinin genişləndirilməsi nəticəsində bu gün sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirəbilirlər: “Vergi sisteminin inkişafı üzrə qət etdiyimiz məsafə,vergi ödəyicilərinin məmnunluğu qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyinə inamı artırır. Gələcəyə hədəflənən aydın strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcudluğu bunun təminatı kimi çıxış edir. Birlikdə daha uğurlu nailiyyətlərə imza atacağımıza inam yüksəkdir. Biz xidmət səviyyəsini artırmalı, sahibkarlıq mühitini daha dayaxşılaşdırmalıyıq.

Çıxışımın yekununda vergi sisteminin inkişafına töhfə verənvergi işçilərinə, islahatların həyata keçirilməsinə dəstək verən tərəfdaşlarımıza və vergi öhdəliklərini vicdanla yerinə yetirən sahibkarlarımıza bir daha minnətdarlığımızı bildirmək istəyirəm”.

// APress.az

Seçilən
26
2
apress.az

4Mənbələr