Dünyanın ən böyük qida və sərinləşdirici içkilər istehsalçısı olan İsveçrə Nestle 2024-cü ildə xalis mənfəətini 2,9%, gəlirini isə 1,8% azaldıb.
Finss.az xəbər verir ki, mətbuat açıqlamasına görə, şirkət 2023-cü ildəki 11,21 milyard frankla müqayisədə ötən il 10,88 milyard İsveçrə frankı (11,94 milyard dollar) xalis mənfəət əldə edib.
Gəlir bir il əvvəl 93 milyard frankdan 91,35 milyard franka düşüb. Üzvi əsasda (alqıların, aktivlərin satışının və valyuta dəyişmələrinin təsiri istisna olmaqla) bu rəqəm 2,2% artıb.