Premium Bankın ümumi gəliri ötən illə müqayisədə cüzi azalıb.
AMB "Premium Bank"a sığorta agenti fəaliyyəti üçün lisenziya verib
FED.az xəbər verir ki, bankın 2023-cü ildə 49 620 000 manat olan gəliri 2024-cü ildə 49 188 000 manata düşüb. Beləliklə, bankın gəliri 432 000 manat və ya 0,9% azalıb.
Bununla yanaşı, bankın əsas gəlir mənbəyi olan kredit faizlərindən əldə edilən vəsait artıb. 2023-cü ildə 26 987 000 manat təşkil edən bu gəlir 2024-cü ildə 27 951 000 manata yüksəlib. Bu, 964 000 manat və ya 3,6%-lik artıma bərabərdir. Ümumi gəlirdəki payı isə 54%-dən 56%-ə qalxıb ki, bu da bankın kredit fəaliyyətinə daha çox diqqət ayırdığını göstərir.
Komissiya haqlarından əldə olunan gəlirlər isə əksinə, azalıb. 2023-cü ildə 13 843 000 manat olan bu göstərici 2024-cü ildə 13 098 000 manata düşüb. Nəticədə 745 000 manat və ya 5,4%-lik geriləmə qeydə alınıb. Bankın ümumi gəlirində komissiya haqlarının payı isə 28%-dən 26%-ə enib.
Valyuta əməliyyatlarından əldə edilən gəlirlər artım nümayiş etdirib. Əvvəlki il 3 982 000 manat olan bu gəlir 2024-cü ildə 4 288 000 manata çatıb. Bu isə 306 000 manat və ya 7,7%-lik artım deməkdir. Ümumi gəlirdəki payı isə 8% səviyyəsində dəyişməz qalıb.
Qiymətli kağızlardan əldə edilən faiz gəliri 2023-cü ildə formalaşmadığı təqdirdə, 2024-cü ildə də bank bu mənbədən 316 000 manat pul əldə edib. Bu gəlirin ümumi gəlirdəki payı isə 1% təşkil edir.
Bankın digər banklardakı depozitlərindən əldə etdiyi faiz gəliri isə nəzərəçarpacaq dərəcədə azalıb. 2023-cü ildə 3 682 000 manat olan bu göstərici 2024-cü ildə 2 223 000 manata düşüb. Bu isə 1 459 000 manat və ya 39,6%-lik azalma deməkdir. Depozit faizlərinin ümumi gəlirdəki payı da 7%-dən 5%-ə enib.
Digər faiz gəlir isə artıb. 2023-cü ildə 1 114 000 manat olan bu məbləğ 2024-cü ildə 1 285 000 manata yüksəlib. 171 000 manatlıq, yəni 15,4%-lik artım nəticəsində bu gəlir mənbəyinin ümumi gəlirdəki payı 2%-dən 3%-ə yüksəlib.
Digər qeyri-faiz gəlirləri isə nisbətən kiçik, lakin yüksək məbləğ ilə artım göstərib. 2023-cü ildə 12 000 manat olan bu gəlir 2024-cü ildə 27 000 manata çatıb ki, bu da 15 000 manat və ya 125%-lik artım deməkdir. Lakin ümumi gəlirdəki payı yenə də 1% səviyyəsində qalıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 27 951 | 56% |
Komissiya haqları | 13 098 | 26% |
Valyuta əməliyyatlarından gəlirlər | 4 288 | 8% |
QK-a investisiyadan gəlir | 316 | 1% |
Digər banklara depozitlərdən gəlirlər | 2 223 | 5% |
Digər banklara kreditlərdən gəlirlər |
|
|
Digər faiz gəlirləri | 1 285 | 3% |
Digər qeyri-faiz gəlirləri | 27 | 1% |
|
| |
CƏMİ GƏLİRLƏR | 49 188 | 100% |