AZ

«Yapı Kredi Bank Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-cü ildə “Yapı Kredi Bank Azərbaycan”ın ümumi gəliri 72 071 000 manat olub. Bu, 2023-cü ildə qeydə alınmış 58 709 000 manatlıq gəlirdən 13 362 000 manat və ya 22,7% çoxdur. 

"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti artıb - HESABAT

Kredit faiz gəliri 2023-cü ildə 25 930 000 manat olduğu halda, 2024-cü ildə 32 260 000 manata çatıb. Bu, 6 330 000 manat və ya 24,4% artım deməkdir. Kredit faizlərinin ümumi gəlirlərdə payı 44% səviyyəsində qalıb, yəni bu sahədə xüsusi pay dəyişikliyi olmayıb. 

Komissiya haqları üzrə gəlirlər 2023-cü ildə 15 361 000 manat idisə, 2024-cü ildə 18 567 000 manata yüksəlib. Bu göstəricidə 3 206 000 manat və ya 20,9% artım qeydə alınıb. 2023-cü ildə komissiya haqlarının ümumi gəlirdəki payı 26% olduğu halda, 2024-cü ildə bu göstərici 25%-ə enib. 

Valyuta əməliyyatlarından əldə edilən gəlir 2023-cü ildə 6 297 000 manat olub, 2024-cü ildə isə 375 000 manat və ya 5,9% artaraq 6 672 000 manata yüksəlib. Bu gəlirin ümumi gəlirlərdəki payı isə 11%-dən 9%-ə enib. 

Qiymətli kağızlardan əldə edilən faiz gəliri 2023-cü ildə 5 350 000 manat olduğu halda, 2024-cü ildə 5 964 000 manata yüksəlib. Artım 614 000 manat və ya 11,5% təşkil edib. Bu gəlir mənbəyinin ümumi gəlirlərdə payı isə dəyişməyərək 8% səviyyəsində qalıb. 

Bank 2023-cü ildə digər banklarda yerləşdirilmiş depozitlərdən 4 167 000 manat qazanmışdısa, 2024-cü ildə bu qazanc dəyəri 5 475 000 manata yüksəlib. Artım 1 308 000 manat və ya 31,4% olub. 2023-cü ildə bu gəlirin ümumi gəlirlərdəki payı 7% idisə, 2024-cü ildə 8%-ə yüksəlib. 

Digər banklara verilən kreditlərdən əldə edilən gəlir kəskin artıb. Bu mənbədən daxil olmalar 2023-cü ildə cəmi 127 000 manat olduğu halda, 2024-cü ildə 2 731 000 manata yüksəlib. Bu, 2 604 000 manatlıq və ya 21 dəfədən çox artım deməkdir. Ümumi gəlirlərdə bu kateqoriyanın payı 2023-cü ildə 1% olduğu halda, 2024-cü ildə 4%-ə yüksəlib. 

Digər faiz gəliri isə azalıb, belə ki, 2023-cü ildə 10 000 manat gəlir əldə edilib, 2024-cü ildə bu göstərici 9 000 manata düşüb. Bu, 1 000 manat və ya 10% azalma deməkdir. Bu kateqoriya ümumi gəlirlərdə cüzi paya malik olduğundan ciddi təsir göstərməyib və 1% olaraq qalıb. 

Digər qeyri-faiz gəliri isə 2023-cü ildə 1 467 000 manat olduğu halda, 2024-cü ildə 393 000 manata qədər azalıb. Bu, 1 074 000 manat və ya 73,2% azalma deməkdir. Ümumi gəlirlərdə bu kateqoriyanın payı 2%-dən 1%-ə düşüb. 

Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

32 260

44%

Komissiya haqları

18 567

25%

Valyuta əməliyyatlarından gəlirlər

6 672

9%

QK-a investisiyadan gəlir

5 964

8%

Digər banklara depozitlərdən gəlirlər

5 475

8%

Digər banklara kreditlərdən gəlirlər

2 731

4%

Digər faiz gəlirləri

9

1%

Digər qeyri-faiz gəlirləri

393

1%

 

 

 

CƏMİ GƏLİRLƏR

72 071

100%

Seçilən
26
13
fed.az

10Mənbələr