AZ

Birinci Liqa: “Karvan” evdə, “Qəbələ” səfərdə sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 14-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Mingəçevir” – “Cəbrayıl” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “İmişli” – “Qəbələ” oyunu liderin qələbəsiylə yekunlaşıb. Dörd qolluq “Karvan” – MOİK matçında isə meydan sahibləri qələbə qazanıblar.

14-cü tura fevralın 14-də keçiriləcək son iki oyunla yekun vurulacaq.

Birinci Liqa
14-cü tur
13 fevral

“Mingəçevir” – “Cəbrayıl” 0:0
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.

“İmişli” – “Qəbələ” 1:2
Qollar: Dioqo Vaskes, 72 – Şahin Şahniyarov, 58. Domi Massumo, 82.
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Zakir Şükürzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Heydər Əliyev adına İmişli şəhər stadionu. Saat 14:00.

“Karvan” – MOİK 3:1
Qollar: Bəhruz Teymurov, 2. Emil Qasımov, 6. Rəhman Şabanov, 18 – Vüsal Əsgərov, 29.
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Yevlax şəhər stadionu. Saat 14:00.

14 fevral

“Baku Sportinq” – “Qaradağ Lökbatan”
Hakimlər: Alik Yunusov, Rasim Axundov, Nurlan Əhmədzadə, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu. Saat 14:00.

“Zaqatala” – “Difai”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəşxiyev, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.

Seçilən
80
2
arena.az

4Mənbələr