Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 14-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Zaqatala” – “Difai” matçında tərəflər hərəyə 1 xalla kifayətləniblər. Beş qolluq “Baku Sportinq” – “Qaradağ Lökbatan” matçında isə meydan sahibləri qələbə qazanıblar.
Birinci Liqa
14-cü tur
13 fevral
“Mingəçevir” – “Cəbrayıl” 0:0
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.
“İmişli” – “Qəbələ” 1:2
Qollar: Dioqo Vaskes, 72 – Şahin Şahniyarov, 58. Domi Massumo, 82.
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Zakir Şükürzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Heydər Əliyev adına İmişli şəhər stadionu. Saat 14:00.
“Karvan” – MOİK 3:1
Qollar: Bəhruz Teymurov, 2. Emil Qasımov, 6. Rəhman Şabanov, 18 – Vüsal Əsgərov, 29.
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Yevlax şəhər stadionu. Saat 14:00.
14 fevral
“Baku Sportinq” – “Qaradağ Lökbatan” 3:2
Qollar: İlkin Əliyev, 50. Orxan Fərəcov, 52. İsa Zeynallı, 58-pen – Bahadur Həziyev, 20. Araz Abdullayev, 90+4.
Hakimlər: Alik Yunusov, Rasim Axundov, Nurlan Əhmədzadə, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu. Saat 14:00.
“Zaqatala” – “Difai” 1:1
Qollar: Jan Pol Assumu, 45+1 – Fərid Kərimzadə, 90.
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəşxiyev, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.