Ukrayna prezidenti Vladimir Zelenski keçmiş dövlət başçısı Pyotr Poroşenko və digər şəxslərə qarşı sanksiyaların Ukraynanın büdcə kəsirini örtəcəyi təqdirdə ləğv oluna biləcəyini istisna etməyib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna liderinin müvafiq bəyanatında deyilir.
Onun sözlərinə görə, məhdudiyyətlərə məruz qalanlar ölkə büdcəsinə “milyardlar” qaytara bilərlər. Siyasətçi qeyd edib ki, bu vəsait silahlı qüvvələrə yönəldiləcək. O, əmin edib ki, bu halda məhdudiyyətlər aradan qaldırılacaq.
“Maliyyə monitorinqinin əvvəllər bizə heç nə göstərməməsinə təəccüblənirəm. Mən bunu görmədim və məndən əvvəl necə olduğunu söyləmək çətindir. İndi Təhlükəsizlik Xidməti və maliyyə monitorinqi göstərir ki, söhbət milyardlardan gedir. İnsanlar hərbçiləri dəstəkləmək üçün fondlar yaradır, pul alır və sonra bu pulu öz xalqına, öz partiyasının üzvlərinə verir”, - deyə Ukrayna lideri bildirib.
Bundan əvvəl Poroşenkoya qarşı sanksiyaların tətbiqi fonunda Radada dava düşüb.