ABŞ-nin Nümayəndələr Palatasındakı 215 demokratdan 145-i Prezident Donald Trampa məktub yazaraq ondan “Qəzzanı ələ keçirmək”lə bağlı bəyanatlarını geri götürməsini istəyib. Metbuat.az xəbər verir ki, məktub Konqresin internet saytında yerləşdirilib. Məktubda, “Cənab Prezident, sizi mülki Fələstin əhalisinin Qəzza zolağından daimi olaraq köçürülməsi və ABŞ-nin bölgəni ələ keçirməsini bəyan edən açıqlamalarınızı geri götürməyə çağırırıq. Bu cür hərəkət Cenevrə Konvensiyasını pozur, bizim maraqlarımızı pozur və ABŞ-nin maraqlarını təhlükə altına qoyur” - deyə bildirilir. Məktubda ABŞ-nin indi həmişəkindən daha çox İsrail-Fələstin münaqişəsinin həllində konstruktiv rol oynamalı olduğu vurğulanıb.