AZ

USAİD-İN FƏALİYYƏTİNİN DAYANDIRILMASINA GÖRÜN KİM SEVİNİB...

USAİD-İN FIALİYYƏTİNƏ SON VERİLUR...

Tezadlar.az Haber- Türk- ə istinadla xatırladır ki, Kiçik Robert Kennedi çıxışında ABŞ Prezidenti Donald Trampın USAID-in işini dayandırmaq qərarını alqışlayıb. Bunu isə o, səhiyyə naziri kimi Oval kabinetdəki andiçmə mərasimində söyləyib. Kennedi deyib ki, agentlik bütün dünyada totalitarizmin və müharibənin pis yayıcısına çevrilmişdi. Kennedi, həmçinin qeyd edib ki, ABŞ-da hərbi-sənaye kompleksinin təsirində əhəmiyyətli artım olub. Mərasim ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutub. Amerika lideri əmin edib ki, Kennedi uşaqların sağlamlığının qızğın müdafiəçisidir. "O, təhlükəli kimyəvi maddələri ətraf mühitdən və qida ehtiyatımızdan uzaq tutmağa tamamilə sadiqdir", - Tramp vurğulayıb. "Birləşmiş Ştatlar səhiyyəyə hər hansı digər ölkədən daha çox pul xərcləyir, lakin biz hər il daha çox xəstələnirik", - Amerika lideri yeni nazirin bu vəziyyəti düzəltməli olduğunu əlavə edib.

Beləliklə, USAİD- in fəaliyyətinə kimi məyyus oldu, kimi də sevindi...

A.Məmmədli

Seçilən
29
3
tezadlar.az

4Mənbələr