AZ

Kennedi Trampın USAID-in işini dayandırmaq qərarını alqışlayıb

Kiçik Robert Kennedi çıxışında ABŞ Prezidneti Donald Trampın USAID-in işini dayandırmaq qərarını alqışlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu o, səhiyyə naziri kimi Oval kabinetdəki andiçmə mərasimində söyləyib.

O deyib ki, agentlik bütün dünyada totalitarizmin və müharibənin pis yayıcısına çevrilmişdi.

Kennedi, həmçinin qeyd edib ki, ABŞ-da hərbi-sənaye kompleksinin təsirində əhəmiyyətli artım olub.

Mərasim ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutub. Amerika lideri əmin edib ki, Kennedi uşaqların sağlamlığının qızğın müdafiəçisidir.

“O, təhlükəli kimyəvi maddələri ətraf mühitdən və qida ehtiyatımızdan uzaq tutmağa tamamilə sadiqdir”, – Tramp vurğulayıb.

“Birləşmiş Ştatlar səhiyyəyə hər hansı digər ölkədən daha çox pul xərcləyir, lakin biz hər il daha çox xəstələnirik”, – Amerika lideri yeni nazirin bu vəziyyəti düzəltməli olduğunu əlavə edib.

Seçilən
7
3
ictimairey.az

4Mənbələr