ABŞ Dövlət katibi Marko Rubio və İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Diplomatlar Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağın, ədalətli və davamlı sülhə nail olmağın zəruriliyini bir daha təsdiq ediblər.
Onlar həmçinin ABŞ və İsveç xalqlarının rifahı naminə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
Dövlət katibi Rubio ABŞ-İsveç tərəfdaşlığının NATO-nun təhlükəsizliyində mühüm rolunu vurğulayıb.