AZ

ABŞ və Ukrayna xarici işlər nazirlərinin telefon danışığı olub

ABŞ dövlət katibi Marko Rubio Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı zamanı Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylərin zəruriliyindən danışıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə fevralın 13-də ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Onlar davamlı sülhə gətirib çıxaran danışıqlar yolu ilə münaqişəyə son qoymaq üçün cəsarətli diplomatiyanın zəruriliyindən danışıblar”, - məlumatda bildirilir.

Rubio, ABŞ-nin Ukraynanın müstəqilliyinin, həmçinin Ukraynanın və regionun sabitliyinin tərəfdarı olduğunu deyib.

Seçilən
16
1
xezerxeber.az

10Mənbələr