"Real"ın futbolçusu Kilian Mbappe yenidən Fransa millisinə çağırılıb.
QOL.az xəbər verir ki, bunu milli komandanın baş məşqçisi Didye Deşam “L'equipe” nəşrinə müsahibəsində deyib.
Fransa millisi martın 20 və 23-də Millətlər Liqasının 1/4 final matçlarında Xorvatiya ilə qarşılaşacaq.
Mbappe ötən ilin oktyabr və noyabr aylarında Millətlər Liqasında keçirilən oyunlar üçün milliyə çağırılmamışdı. Həmin vaxt Didye Deşamla aralarında problem yaşanan hücumçunun millidə oynamaq istəmədiyi haqda xəbərlər yayılmışdı.
Qeyd edək ki, 25 yaşlı hücumçu Fransa millisində 86 matçda 48 qol vurub, 35 məhsuldar ötürmə edib.