AZ

Mbappe yenidən milliyə çağırıldı

"Real"ın futbolçusu Kilian Mbappe yenidən Fransa millisinə çağırılıb.

Yenisabah.az “L'equipe”ə istinadla xəbər verir ki, bunu milli komandanın baş məşqçisi Didye Deşam deyib.

Yığma martın 20 və 23-də Millətlər Liqasının 1/4 final matçlarında Xorvatiya ilə qarşılaşacaq.

Mbappe ötən ilin oktyabr və noyabr aylarında Millətlər Liqasında keçirilən oyunlar üçün milliyə çağırılmamışdı. Həmin vaxt Didye Deşamla aralarında problem yaşanan hücumçunun millidə oynamaq istəmədiyi haqda xəbərlər yayılmışdı.


Telegram kanalımız
Seçilən
35
3
yenisabah.az

4Mənbələr