AZ

İspaniya Qəzzaya humanitar yardım göndərib

İspaniya Qəzzaya çatdırılmaq üçün Madriddən İordaniyanın paytaxtı Əmmana səhiyyə və sığınacaq ləvazimatları da daxil olmaqla 12 ton humanitar yardım göndərib.

"Cebheinfo.az" xəbər verir ki, İspaniyanın xarici işlər naziri Jose Manuel Albares Madriddəki Barajas hava limanında jurnalistlərə verdiyi açıqlamada, "Qəzzada fələstinlilərin ağır humanitar vəziyyətini yüngülləşdirmək üçün hazırlanmış səhiyyə və sığınacaq materiallarının olduğu 60 paletdə 12 ton humanitar yardımın" Qəzzaya çatdırılmaq üçün bu gün İordaniyaya göndərildiyini açıqlayıb.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən İspaniya Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (AECID) vasitəsilə hazırlanan humanitar yardım materiallarının İordaniyadakı İspan Qırmızı Xaç qruplarına çatdırılacağı bildirilib. 

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr