Bakı. Trend:
2024-cü il ərzində inzibati nəzarət qaydasında baxılması üçündaxil olan 102 831 (o cümlədən Naxçıvan Muxtar RespublikasınınƏdliyyə Nazirliyində 2 557) bələdiyyə aktı hüquqi ekspertizadankeçirilib, nəticədə 99 838 (97%) aktın qanunvericiliyə uyğun olduğumüəyyən edilib.
Trend xəbərverir ki, bu məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibatinəzarəti həyata keçirən orqanın illik məruzəsində (2024-cü il üzrə)öz əksini tapıb.
Məruzəyə əsasən, normativ hüquqi aktların tələblərinə zidd olan2 594 (2,5%) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunaəsasən, aidiyyəti bələdiyyələrə təkliflər verilib, 399 (0,5%) aktisə baxılmaqdadır. Verilmiş təkliflər əsasında bələdiyyələrtərəfindən 1 342 (51,7%) akt ləğv edilib, 1 133 (43,7%) aktdəyişdirilib, 110 (4,2%) təklif isə baxılmaqdadır. Bələdiyyələrtərəfindən təmin olunmayan 9 (0,4%) təklif üzrə aidiyyətiməhkəmələrdə iddia qaldırılıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan 4 337 müraciətdən3 963-nə (91,4%) baxılıb, 129-u (3%) aidiyyəti üzrə göndərilib, 245(5,6%) müraciət isə baxılmaqdadır. Müraciətlər üzrə inzibatinəzarət icraatı nəticəsində aşkar edilən dəyişdirilməsi və ləğvedilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilən təkliflərəsasında qanunvericiliyin tələblərinə zidd 74 bələdiyyə aktınınhamısı ləğv edilib.
Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarəticraatı zamanı təklif edilən 2 668 aktdan 1 416-sı (53,1%) ləğvedilib, 1 133-ü (42,5%) dəyişdirilib, 9 (0,3%) təklif üzrəməhkəmələrdə iddia qaldırılıb, 110 (4,1%) təklif isəbaxılmaqdadır.
İl ərzində bələdiyyə fəaliyyəti ilə bağlı baxılan müraciətlərin463-ü təmin edilib, şəhid ailə üzvlərinin, müharibə əlili vəiştirakçılarının müraciətləri xüsusilə nəzarətdə saxlanılıb və beləmüraciətlərdən 108-i təmin olunub. Müraciətlərin həlliistiqamətində göstərilən diqqətə və qayğıya görə 20 vətəndaşın (ocümlədən 9 şəhid ailə üzvü, müharibə əlili və iştirakçısı) təşəkkürifadə edən məktubları daxil olub.
2024-cü il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadəolunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarəedilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi,korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan hallarınqarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlərgörülüb. Belə ki, aparılan araşdırmalar zamanı 51 halda (2023-cüildə 30) ciddi qanun pozuntuları aşkar edilərək toplanan sənədlərhüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarınagöndərilib. Həmin materiallardan 21-i (2023-cü ildə 15) üzrəcinayət işi başlanıb.
Daxil olan müraciətlərin intensivliyi, xarakteri və bələdiyyələrbarədə məlumatların təhlilinin nəticələri nəzərə alınaraq son 5 ilərzində 158 bələdiyyənin (2020-ci ildə - 23; 2021-ci ildə - 27;2022-ci ildə - 27; 2023-cü ildə - 30 və 2024-cü ildə - 51)fəaliyyətində cinayət əlamətləri aşkar edildiyindən toplanansənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarınagöndərilib.
2024-cü il ərzində yerli özünüidarəetmə fəaliyyətində yolverilən səciyyəvi nöqsanlar aşağıdakılardır:
- Bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərinhazırlanması;
- Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlərəsasında satılması;
- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakıbarəsində təkbaşına qərar verilməsi;
- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyətorpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdənəzərdə tutulan tədbirlərin həyata keçirilməməsi;
- Bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi;
- Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayışevinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habeləhərraca və ya müsabiqəyə çıxarılan tor- paqların ilkin qiymətininbazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyənedilməsi;
- Bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsindəyerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanmasıişi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyəvəziyyətinin əsaslı şəkildə pisləşməsi.
Bələdiyyələrin 2024-cü il ərzindəki fəaliyyəti ilə bağlıvətəndaş şikayətlərinin əsas səbəbləri araşdırılıb.
Təhlillər nəticəsində məlum olub ki:
Bakı şəhəri üzrə bələdiyyələr tərəfindən əsasən ötən dövrlərdəqanunsuz torpaq sahələrinin ayrılması, vergitutma obyektlərininuçotu və yerli vergilərin hesablanmasında qanunvericiliyintələblərinin pozulması, yerli əhəmiyyətli məsələlərin həlli, ocümlədən abadlaşdırma və yaşıllıqların mühafizəsi ilə bağlıvəzifələrin lazımi səviyyədə yerinə yetirilməməsi hallarına rastgəlinir.
Region bələdiyyələri tərəfindən əsasən torpaq sahəsininayrılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi,bələdiyyə torpaqlarının zəbt edilməsi, yaxud təyinatından kənaristifadə edilməsi, qeyri-qanuni istifadə olunan, habelə icarəmüddəti bitən torpaqların bələdiyyənin sahibliyinə qaytarılması vədəyən ziyanın ödənilməsi istiqamətində hər hansı tədbir görülməməsikimi nöqsanlara yol verilir.
Bu şikayətlərin əsas səbəbi əhalinin bələdiyyə torpaqlarınınayrılması ilə bağlı qanunvericiliyin tələblərini bilməməsi,bələdiyyələrdə mülkiyyətlərinə aid torpaqlar barədə ətraflıməlumatın olmaması, torpaqayırma prosedurlarının uzun müddət tələbetməsi, bələdiyyə torpaqları üzərində nəzarətin, o cümlədəntorpaqların mühafizəsinin düzgün təşkil edilməməsi, bəzən isəbələdiyyələrin vəzifəli şəxslərinin bələdiyyə torpaqlarındanqanunsuz istifadəyə şərait yaratmasıdır.
İnzibati nəzarət zamanı müəyyən edilən hüquq pozuntuları vənöqsanların aradan qaldırılması və ya təkrar törədilməsininqarşısının alınması məqsədilə ayrı-ayrı bələdiyyələrə müxtəlifməsələləri (vətəndaş məmnunluğunun yüksəldilməsi, bələdiyyəaktlarının qəbulu, debitor və kreditor borclarının dəqiq uçotununaparılması, vergi və ödənişlərin toplanılmasında nəzarətingücləndirilməsi, yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi,büdcə vəsaitlərindən istifadə, yerli vergilərin hesablanması,bələdiyyə torpaqlarının idarə olunması, şəffaflığın təmini və s.)əhatə edən tövsiyələr hazırlanaraq göndərilib.
İl ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrinfəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinəmane olma) maddəsi ilə 103 inzibati xəta haqqında protokol tərtibedilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 77bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibatiməsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilibvə 11-i isə hazırda məhkəmələrin icraatındadır.
Bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyatakeçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdənsonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının,habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindəntörədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
2024-cü ildə bələdiyyələrin maliyyə imkanlarınınyaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması, ocümlədən vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi vəuçotdan kənarda qalan vergitutma obyektlərinin vergiyə cəlbedilməsi, vergilərin və digər debitor borcların qanunauyğunhesablanaraq yığılması, əvvəlki illərdə icarəyə verilən bələdiyyətorpaqlarının icarə haqlarının mövcud bazar qiymətlərinəuyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
Dövlət Statistika Komitəsinin 9 aylıq məlumatına əsasən, əvvəlkiillə müqayisədə 2024-cü ildə yerli büdcə gəlirləri 7,1 milyon manat(18,6%), o cümlədən yerli vergilərdən daxil olmalar 3,4 milyonmanat (21,2%) artıb.
Həmçinin vurğulanıb ki, bələdiyyə torpaqlarından yerli əhalininmənafeyi naminə qanunauyğun və səmərəli istifadə olunması da yerlibüdcə gəlirlərinin artımına müsbət təsir göstərir. Bu sahədəişlərin davamlılığı il ərzində diqqətdə saxlanılıb.
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9 720 hektartorpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarınınləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrətəklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 9 686 hektartorpaq sahəsinin icarəyə, 34 hektar torpaq sahəsinin isə mülkiyyətəverilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərəayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiqtədbirlər davam etdirilib, nəticədə 3 376 hektar örüş sahəsi iləbağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanınıntəklifləri və ya məhkəmələrə verilən iddialar əsasında ləğv olunubvə ya dəyişdirilib.
“Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilənməlumata əsasən, 2024-cü il ərzində debitor borcların ödənilməsiilə bağlı bələdiyyələr tərəfindən qəbul edilən 11 290 inzibati akt(2023-cü il ərzində 5 585) icra məmurları tərəfindən icraata qəbulolunub və icraatda qalıqla birgə 16 785 inzibati akt olub. Onlardan6 669 aktın (2023-cü il ərzində 7 523) icrası təmin edilib.
Belə ki, 2024-cü il ərzində dövlət büdcəsindən bələdiyyələrəgöstərilən maliyyə dəstəyinin (dotasiya və subvensiya) məbləğiartaraq ilk dəfə 8 milyon manatdan çox vəsait ayrılıb.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirənorqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi səsə qoyularaqbir oxunuşda qəbul olunub.
Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəthaqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibatinəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AzərbaycanRespublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-cimaddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanınınsəlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.