Bakı. Trend:
Ehtiyatda olan hərbçilər üçün bəzi cərimələr aradanqaldırılır.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsi, “AzərbaycanRespublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlara təklif ediləndəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatınakeçirilən hərbi vəzifəlilər vətəndaşların ehtiyata keçirildikdənsonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaqüçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cəriməedilməyəcəklər.
Həmçinin, müvafiq icra hakimiyyəti orqanının ehtiyatınakeçirilən hərbi vəzifəlilər hərbi vəzifəlilər və çağırışçılarınyaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrəhərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyatadurmamasına görə cərimələnməyəcəklər.
Məlumat üçün bildirək ki, qanun layihəsində normaların dahaaydın və birmənalı ifadə edilməsi məqsədilə dəyişikliklər təklifedilir və həmin dəyişikliklər mahiyyətcə dəqiqləşdirmə vəuyğunlaşdırma xarakteri daşıyır.
İnzibati Xətalar Məcəlləsi və “Hərbi vəzifə və hərbi xidməthaqqında” Qanuna təklif edilən dəyişikliklərin əsas məqsədi həmindəyişiklikləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununqüvvədə olan 2.0.5-ci, 4.2-ci və 4.4-cü maddələrinəuyğunlaşdırmaqdır. Belə ki, həmin Qanunun 2.0.5-ci, 4.2-ci və4.4-cü maddələrinin tələblərindən məlum olduğu kimi müvafiq icrahakimiyyəti orqanının ehtiyatına keçirilən hərbi vəzifəliləristisna olmaqla ölkəmizdə çağırışçıların və hərbi vəzifəlilərinhərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraqİnzibati Xətalar Məcəlləsinin 606.2.1-ci və 606.2.2-ci maddələrinə“müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbivəzifəlilər” ifadəsinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında”Qanuna “çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatdaolduqları müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin əlavəedilməsi təklif edilir.
Bundan başqa, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığıvə səfərbərlik haqqında” Qanunun 17.4-cü maddəsində nəzərdə tutulan“hərbi uçot” ifadəsinin dəqiqləşdirilərək “hərbi qeydiyyat” ifadəsiilə əvəz edilməsi təklif edilir. 17.4-cü maddə məhz hərbi qeydiyyatorqanları tərəfindən hərbi vəzifəlilərin səfərbərlik zamanı hərbixidmətə çağırılmasını müəyyən edir.
Hərbi uçot isə hərbi qeydiyyat orqanları tərəfindən həyatakeçirilmir. Belə ki, Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli76 nömrəli Qərarı ilə təsdiq edilən “Çağırışçıların və hərbivəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 1.1-ci və1.2-ci bəndlərindən göründüyü kimi çağırışçıların və hərbivəzifəlilərin hərbi uçotu vətəndaşların hərbi qeydiyyatı üçünmüəyyən edilən qaydalara riayət edilməsinə, Azərbaycan ordusuna vəAzərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılan başqa silahlıbirləşmələrə çağırılan mütəxəssislərin əvəz edilməsinə lazım olankadrların qabaqcadan hazırlanmasına, Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə vəbölmələrinin müdafiə və səfərbərlik tədbirlərinin keçirilməsinəkömək və hərbi qeydiyyatın real vəziyyətdə aparılmasına nəzarətməqsədilə dövlət orqanları (o cümlədən, konsulluqlar), yerli icrahakimiyyəti orqanları, yerli özünüidarə orqanları və Azərbaycandafəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılıolmayaraq Azərbaycan və ya xarici dövlətin qanunvericiliyinə uyğunolaraq yaradılan hüquqi şəxs statusunda olan müəssisə, idarə vətəşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsilmüəssisələri tərəfindən həyata keçirilir.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.