AZ

Sabiq deputat Rusiyaya "işləyirmiş"? - Sensassion iddia

Son günlər mediada Rusiyaya işləyən şəxslərlə bağlı siyahı yayımlanır.Qeyd olunan materiallar cəmiyyətdə böyük ək-səda doğurur.

Oxu24.com xəbər verir ki, CityPost.az saytı Milli Məclisin sabiq deputatı Vahid Əhmədovla bağlı sensassion iddia yayıb.

Vahid Əhmədov istiqlalçıdır? başlıqlı yazıda sabiq deputatın Rusiya agenti olmasına eyham edilib.

 

"Yenicə fəaliyyətə başlayan Teleqraf.az xəbər agentliyi bu günlərdə sabiq deputat Vahid Əhmədovdan müsahibə alıb.Müsahibənin detallarına toxunmaq fikrimiz yoxdur.

 

Əsas bizim diqqətimizi çəkən məqam Vahid Əhmədovun oxucuya istiqlalçı deputat kimi təqdim olunmasıdır.Belə yerdə deyiblər:Utanmasan,oynamağa nə var? Ola bilər ki, gənc nəsil kimin,kim olduğunu aydın bilməsin.Yaşlı nəsil axı yaxşı bilir ki, Vahid Əhmədov kim olub. Onun istiqlalçı kimi pərdələnmək cəhdi  görəsən indiki məqamda nəyin göstəricisidir?

Üstəlik də müsahibədə Milli Məclisin deputatı kimi qələmə verilir.Ola bilər ki, müsahibəni alan jurnalist naşılıq etsin...Bəs,müsahib? Bu,əslində hər iki tərəf üçün böyük qüsurdur. Kiminsə hesabına gündə bir agentlik,sayt yaratmaq bir məsələdir.Adamları cəmiyyətə yalnış təqdim edərək,çaşdırmaq isə digər bir məsələ...

 

Vətənini  sevən oğulların hesabına Azərbaycan müstəqillik qazananda istiqlalçı deputat kimi təqdim olunan Vahid Əhmədov yüksək vəzifələr daşıyırdı.

 

O,hətta  qısa bir zaman kəsiyində baş nazirin müavini postunu da  tuta bilmişdi. Ümumilli lider Heydər Əliyev hakimiyyətə gələndən bir neçə ay sonra  onu vəzifəsindən uzaqlaşdırdı.

 

Çünki,Heydər  Əliyev  kimin kim olduğunu yaxşı bilirdi. Əgər,günün  birində  arxivlər açılsa, Rusiya agentlərinin siyahısı üzə çıxsa, “İstiqlalçı deputat”  Vahid  Əhmədovun adını  orada görsəniz,heç  təəccüblənməyin... ",deyə sayt yazır.

 

İddialarla bağlı sabiq deputatla əlaqə saxlamaq istəsək də,telefon zənglərinə cavab vermədi.

Oxu24.com qarşı tərəfin mövqeyini təqdim etməyə hazırdır.

 

Seçilən
57
50
oxu24.com

10Mənbələr