AZ

Bakı sakininə qarşı 70 min manatlıq dələduzluq edildi, qadın saxlanıldı

Bakının Nəsimi rayonunda dələduzluq faktı baş verib.

Publika.az xəbər verir ki, Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması və nəticədə ona 70000 manat maddi zərər vurulması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı S.Məmmədova müəyyən olunaraq saxlanılıb.

Seçilən
13
8
publika.az

9Mənbələr