AZ

Bakıda 70 minlik dələduzluq: 50 yaşlı qadın saxlanıldı

Bakının Nəsimi rayonunda dələduzluq faktı baş verib.

Hurriyyet.az Teleqraf-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması və nəticədə ona 70000 manat maddi zərər vurulması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı S.Məmmədova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
8
hurriyyet.az

9Mənbələr