1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem karyerası ərzində verdiyi qərarlardan danışıb.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, o, 2003-cü ildə "Mançester Yunayted"dən "Real Madrid"ə keçdiyi üçün peşman olduğunu bildirib.
"Karyeramın qalan hissəsində "Mançester Yunayted"də olmaq və heç vaxt ayrılmamaq istərdim. Amma bu, nəzərdə tutulmamışdı. Karyeramın ən böyük peşmanlığı "Real"a keçmək idi".
Qeyd edək ki, Devid Bekhem peşəkar futbolçu karyerası ərzində "Mançester Yunayted", "Preston", "Real Madrid", "Los-Anceles Qalaksi", "Milan" və PSJ kimi klublarda oynayıb. 49 yaşlı Bekhem hazırda "İnter Mayami" klubunun prezidentidir.