1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Real Madrid" Vinisius Junioru növbəti illərdə heyətində saxlamaq istəyir, lakin klub futbolçular üçün nəzərdə tutulmuş maaş limitindən kənara çıxmaq niyyətində deyil.
Oxu.Az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
Qeyd olunur ki, Vinisius yeni müqaviləyə əsasən "Real"dan bir mövsümə 25 milyon avro maaş tələb edib. Bununla belə, Madrid klubu braziliyalıya bu məbləğdə pulu ödəmək fikrində deyil. Mənbə onu da qeyd edir ki, "Real" Səudiyyə Ərəbistanının Vinisiusa böyük məbləğdə pul təklif edəcək zəngin klubları ilə rəqabət aparmağa hazır deyil.
Bütün bunlar nəzərə alınaraq, Vinisius Juniorun yaxın illərdə "Real"ı tərk edə biləcəyi ehtimal olunur.