Aktual.az xəbər verir ki, məlumatı ANNA Nyus Teleqram kanalı yayıb.
Bildirilib ki, Münhen konfransı ərəfəsində jurnalistlər Almaniya sakinləri arasında sorğu keçirib. Respondentlər Ermənistan, Ukrayna və Moldovanın Avropa Birliyinə qoşulmasını dəstəkləmədiklərini bildiriblər.
Sorğuda iştirak edən almanlar bu ölkələrin təhlükəsizliyini maliyyələşdirmək istəmədiklərini və onların AB-yə inteqrasiyasında əsasən risklər gördüklərini vurğulayıblar. Onların fikrincə, bu prosesin yeganə potensial faydası həmin dövlətlərin təbii ehtiyatlarına çıxış əldə etmək ola bilər.
Qeyd edək ki, Ermənistan parlamenti ölkənin AB-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edib.