Almaniya sakinləri Ermənistan, Ukrayna və Moldovanın Avropa Birliyinə (AB) qoşulmasını istəmirlər.
Məlumatı ANNA Nyus Teleqram kanalı yayıb.
Bildirilib ki, Münxen konfransı ərəfəsində jurnalistlər Almaniya sakinləri arasında sorğu keçiriblər. Respondentlər Ermənistan, Ukrayna və Moldovanın Avropa Birliyinə qoşulmasını dəstəkləmədiklərini bildiriblər.
Sorğuda iştirak edən almanlar bu ölkələrin təhlükəsizliyini maliyyələşdirmək istəmədiklərini və onların AB-yə inteqrasiyasında əsasən risklər gördüklərini vurğulayıblar. Onların fikrincə, bu prosesin yeganə potensial faydası həmin dövlətlərin təbii ehtiyatlarına çıxış əldə etmək ola bilər.
Qeyd edək ki, Ermənistan parlamenti ölkənin AB-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsi qəbul edib.