AZ

Yüksək Liqa: 10-cu tur iki gün ərzində keçiriləcək

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025 mövsümünün 10-cu turunun oyun cədvəli və təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Turun bütün oyunları “Olimpik Star”da keçiriləcək. Turun açılış oyununda liderlə ən yaxın izləyicisi üz-üzə gələcək. Oyunu FİFA referiləri idarə edəcəklər.

Yeri gəlmişkən, 10-cu turun oyun cədvəlində dəyişiklik edilib. “Araz-Naxçıvan” – U-19 oyunu gənclər yığmasının müraciəti, “Araz-Naxçıvan” klubunun razılığı ilə fevralın 15-də yox, 16-da keçiriləcək.

Yüksək Liqa
10-cu tur
15 fevral

Baku Fire – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Elgün Hüseynov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. Olimpik Star. Saat 13:00.

Şuşa – Yasamal Bakı
Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 15:00

16 fevral

Araz-Naxçıvan – U-19
Hakimlər: Rza Məmmədov, Kənan Məlikov, Mahir Məmmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 19:45.

Seçilən
55
2
arena.az

3Mənbələr