Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025 mövsümünün 10-cu turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun bütün oyunları “Olimpik Star”da keçiriləcək. Turun açılış oyununda liderlə ən yaxın izləyicisi üz-üzə gələcək. Oyunu FİFA referiləri idarə edəcəklər.
10-cu tura sabah yekun vurulacaq. “Araz-Naxçıvan” – U-19 oyunu gənclər yığmasının müraciəti, “Araz-Naxçıvan” klubunun razılığı ilə fevralın 15-də yox, 16-da keçiriləcək.
Yüksək Liqa
10-cu tur
15 fevral
Baku Fire – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Elgün Hüseynov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. Olimpik Star. Saat 13:00.
Şuşa – Yasamal Bakı
Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 15:00
16 fevral
Araz-Naxçıvan – U-19
Hakimlər: Rza Məmmədov, Kənan Məlikov, Mahir Məmmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 19:45.