AZ

Ağcabədidə spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunublar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib.
Verilən məlumata görə, aparılan yoxlamalar zamanı spirtli içki qəbul edərək avtomobil idarə edən üç, narkotik vasitənin təsirində olan bir sürücü müəyyən edilib.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Seçilən
31
4
oxu.az

7Mənbələr