AZ

Narkotik və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı spirtli içki qəbul edərək avtomobil idarə edən 3, narkotik vasitənin təsirində olan 1 sürücü müəyyən olunub.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib.

Seçilən
25
5
hafta.az

7Mənbələr