Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Ukraynan Prezidentinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, tərəflər birgə təhlükəsizlik strategiyasının, iqtisadi əməkdaşlığın və siyasi tərəfdaşlığın formalaşdırılması üzrə yaxın gələcək üçün fəaliyyət planını müzakirə ediblər.
Starmer qeyd edib ki, Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək lazımdır.
Daşqın HəsənovMissiya.Az