AZ

Zelenskinin legitimliyini inkar etmək təhlükəlidir - Şoltsdan Trampa CAVAB

Zelenskinin Ukrayna prezidenti kimi legitimliyini inkar etmək təhlükəli və yanlışdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın Ukrayna liderinin ünvanına səsləndirdiyi sərt bəyanatlara cavab olaraq deyib.

“Prezident Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir”, - Şolts deyib.

Onun sözlərinə görə, Zelenski dövlət başçısı olmaqda davam edir və seçkilərin keçirilməsinin mümkünsüzlüyü ölkə ərazisində davam edən münaqişə ilə bağlıdır.

Kansler deyib ki, hadisələrin bu cür inkişafı Ukrayna Konstitusiyasına uyğundur. "Heç kim bunun əksini iddia etməməlidir", - deyə Şolts bildirib. 

Seçilən
44
16
bakivaxti.az

10Mənbələr