AZ

Tramp və Zelenski arasında düşmənçilik yaranıb?

Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Oleksandr Merejko diqqət çəkən açıqlamalar verib. Sky News-un yaydığı məlumata görə, o, bildirib ki, ABŞ prezidenti Donald Trampın Vladimir Zelenskiyə qarşı son sərt bəyanatlarını düşmənçilik hesab etmir. 


“Ukrayna və ABŞ olduqca yaxın müttəfiq, tərəfdaş və dostdurlar və dostlar arasında bəzi anlaşılmazlıqlar, fərqli fikirlər ola bilər. Biz yalnız real insanlar arasında birbaşa, açıq söhbətlərə etibar etməliyik, vacib olan budur”, - Merejko bildirib.

O, əminliklə bildirib ki, Kiyev Trampa böyük hörmət bəsləyir və ABŞ ilə Ukrayna liderləri demokratik yolla seçilmiş prezidentlər sayılırlar.

“Biz müharibə vəziyyətindəyik və Amerikanın dəstəyinə ümid edirik. Biz sizin dəstəyinizi qiymətləndiririk. Amma sağ qalmaq üçün bizə daha çox kömək, müttəfiqlərimizdən, dostlarımızdan daha çox dəstək lazımdır”, - deyə deputat bildirib.

Xatırladaq  ki, ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini Ukraynada prezident seçkilərinin keçirilməsi təklifini rədd etdiyinə görə tənqid edib. Bu barədə Tramp “Truth” hesabında yazıb.

“Seçkiləri olmayan diktator Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi qalmayacaq”, - Tramp qeyd edib.

Tural

Seçilən
47
16
news365.az

10Mənbələr