AZ

Azərbaycan millisinin Monteneqro ilə oyun üçün heyəti

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsində Monteneqro yığmasına qarşı keçiriləcək oyun üçün heyəti müəyyənləşib.

AFFA-dan "Unikal"a verilən məlumata görə, baş məşqçi Siyasət Əsgərov 24 futbolçuya dəvət göndərib.

Millinin heyəti: Nərgiz Əliyeva, Yeliz Acar, Əsra Manya (hamısı “Fatih Vətən”, Türkiyə), Günay İsmayılova, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Xanım Əsədova, Alina Nəhmədova (hamısı “Neftçi”), Firuzə Bayramova (“Dinamo Balakən”), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Kamilla Məmmədova (klubsuz), Jalə Məhsimova (“Amedspor”, Türkiyə), Nazlıcan Parlak, Kristina Bakarandze (hər ikisi “Qalatasaray”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Ayşən Əhmədova, Milana Rəhimova (hər ikisi “Ünyespor”, Türkiyə), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Rubin”, Rusiya), Aysun Muradova “Gölbaşı Bələdiyəspor”, Türkiyə).

Qeyd edək ki, milli komanda təlim-məşq toplanışına fevralın 15-də başlayacaq. Yığma fevralın 21-də "Liv Bona Dea Arena"da Monteneqro seçməsini qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.

Seçilən
63
12
unikal.az

10Mənbələr