AZ

Azərbaycan millisinin Monteneqro ilə oyun üçün heyəti bəlli oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Monteneqro yığmasına qarşı keçirəcəyi oyun üçün heyəti müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimizin UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçiriləcək oyun üçün heyəti açıqlanıb. Komandamız təlim-məşq toplanışına fevralın 15-də başlayacaq.

Qeyd edək ki, milli komandamız fevralın 21-də “Dalğa Arena”da Monteneqro yığmasını qəbul edəcək. Qarşılaşmaya saat 15:00-da start veriləcək.

Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov heyətə 24 futbolçu cəlb edib. Milliyə dəvət olunmuş futbolçuların adlarını diqqətinizə çatdırır:

  1. Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
  2. Günay İsmayılova – Neftçi
  3. Firuzə Bayramova – Dinamo Balakən
  4. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  5. Manə Mollayeva – Neftçi
  6. Fidan Cəfərova – Neftçi
  7. Yeliz Acar – Fatih Vətən (Türkiyə)
  8. Kamilla Məmmədova – Klubsuz
  9. Vüsalə Seyfəddinova – Neftçi
  10. Firəngiz Teymurova – Neftçi
  11. Jalə Məhsimova – Amed Spor (Türkiyə)
  12. Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
  13. Coşqunə Əliyeva – Neftçi
  14. Sevinc Cəfərzadə – Krasnodar (Rusiya)
  15. Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
  16. Ayşən Əhmədova – Ünyespor (Türkiyə)
  17. Alina Dorofeyeva – Rubin Kazan (Rusiya)
  18. Diana Məmmədova – Rubin Kazan (Rusiya)
  19. Milana Rəhimova – Ünyespor (Türkiyə)
  20. Ayşən Salamzadə – Neftçi
  21. Xanım Əsədova – Neftçi
  22. Aysun Muradova – Gölbaşı Belediye Spor (Türkiyə)
  23. Alina Nəhmədova – Neftçi
  24. Esra Manya – Fatih Vətən (Türkiyə)
Seçilən
57
12
arena.az

10Mənbələr