AZ

Rəsmi Moskva Ermənistanı Aİ ilə bağlı tarixdən dərs çıxarmağa çağırıb

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan parlamentinin ölkənin “Avropa İttifaqına qoşulma prosesinin başlanması”nı təsdiqləməsinə münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məsələnin siyasi ehtiraslarda deyil, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin qurulduğu hüquqi-normativ bazaları və tarif sistemlərində olduğunu söyləyib.

Onun sözlərinə görə, bu təşkilatların hüquqi normativ bazaları və tarif sistemləri qarşılıqlı istisna xarakteri daşıyırlar.

“Əlbəttə, söhbət Ermənistanın suveren seçimindən gedir, lakin onların planlaşdırdıqları addımların bütün nəticələrini əhaliyə izah etmək məsuliyyəti Avrasiya İqtisadi İttifaqının deyil, indiki Ermənistan hakimiyyətinin üzərinə düşür. Mənzərəni tamamlamaq üçün bu cür addımların necə bitdiyinə dair yaxın tarixdən nümunələr də vermək lazımdır”, - Rusiya XİN sözçüsü fikrini yekunlaşdırıb.
Seçilən
14
4
sherg.az

10Mənbələr