AZ

Zaxarova: Ermənistan Aİ-yə üzvlüyün mümkün nəticələrini anlamalıdır

Ermənistan başa düşməlidir ki, Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqında (Aİİ) qarşılıqlı əlaqələrin qurulduğu tarif və normativ-hüquqi bazalar bir-birini istisna edən xarakterə malikdir.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Məsələ siyasi meyllilikdə deyil, Aİ və Aİİ-də qarşılıqlı əlaqələrin qurulmasının əsasını təşkil edən bütün normativ-hüquqi bazaların və tarif sistemlərinin bir-birini istisna edən xarakterə malik olmasındadır", - o bildirib.

Diplomatın sözlərinə görə, bu problemi səsləndirməmək və gizlətmək mümkündür, lakin bu, artıq dezinformasiya olacaq.

Seçilən
54
5
aznews.az

10Mənbələr