AZ

AMB: Elə elektron pul təşkilatları var ki, mənfəətlililiyi bəzi banklardan yüksəkdir

Elə elektron pul təşkilatları var ki, onların mənfəətlililiyi bəzi banklardan da yüksəkdir.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının ödəniş xidmətləri və ödənişsiz sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev deyib.

Onun sözlərinə görə, 2024-cü ildə ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən aparılan əməliyyatların həcmi kifayət qədər yüksək olub:

"Qanuna əsasən bu təşkilatlar 7 xidmət göstərə bilirlər ki, yerli ödəniş təşkilatları əsasən ekvayrinq xidməti göstərib".

O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziya almış ödəniş təşkilatlarının inkişafı üçün və onların daha dayanıqlı fəaliyyət göstərməsi üçün əhəmiyyətli şəkildə tədbirlər görür.

Seçilən
62
3
apa.az

4Mənbələr