AZ

AMB: Elə elektron pul təşkilatları var ki, mənfəətlililiyi bəzi banklardan yüksəkdir

Elə elektron pul təşkilatları var ki, onların mənfəətlililiyi bəzi banklardan da yüksəkdir.

Bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının ödəniş xidmətləri və ödənişsiz sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev deyib.

Onun sözlərinə görə, 2024-cü ildə ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən aparılan əməliyyatların həcmi kifayət qədər yüksək olub:

"Qanuna əsasən bu təşkilatlar 7 xidmət göstərə bilirlər ki, yerli ödəniş təşkilatları əsasən ekvayrinq xidməti göstərib".

O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziya almış ödəniş təşkilatlarının inkişafı üçün və onların daha dayanıqlı fəaliyyət göstərməsi üçün əhəmiyyətli şəkildə tədbirlər görür.

©apa

Seçilən
53
3
valyuta.az

4Mənbələr