AZ

Azərbaycan boksçuları Rumıniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Gənc boksçulardan ibarət Azərbaycan millisi Rumıniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

"Far.Az" xəbər verir ki, komanda Breila şəhərində təşkil olunacaq “Drakula Open”ə 14 idmançı ilə qatılacaq.

Baş məşqçi Elbrus Rzayev yarışda Bilalhəbaşi Nəzərov, Hikmət Məmmədov (hər ikisi 48 kq), Nihat Qasımov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Baqir Əmirxanlı (60 kq), Vüsal Xəlilov (63,5 kq), Valeh Eyvazlı (67 kq), Rza Rzayev (71 kq), Abbasqulu Şadlinski, Renat Qiyaslı (hər ikisi 75 kq), Mircəlal Mirağayev (80 kq), Hüseyn Hüseynli (92 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Turnirdə Rövşən Qədirovla Qalib Əbiyev Azərbaycanı hakim kimi təmsil edəcəklər.

Qeyd edək ki, fevralın 16-da başlayacaq “Drakula Open”də final döyüşləri ayın 23-də baş tutacaq.

Seçilən
65
7
far.az

10Mənbələr