AZ

Boksçularımız “Drakula Open”də mübarizə aparacaq

Gənc boksçulardan ibarət Azərbaycan millisi Rumıniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Apasport.az xəbər verir ki, komandamız Breila şəhərində təşkil olunacaq “Drakula Open”ə 14 idmançı ilə qatılacaq.

Baş məşqçi Elbrus Rzayev yarışda Bilalhəbaşi Nəzərov, Hikmət Məmmədov (hər ikisi 48 kq), Nihat Qasımov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Baqir Əmirxanlı (60 kq), Vüsal Xəlilov (63,5 kq), Valeh Eyvazlı (67 kq), Rza Rzayev (71 kq), Abbasqulu Şadlinski, Renat Qiyaslı (hər ikisi 75 kq), Mircəlal Mirağayev (80 kq), Hüseyn Hüseynli (92 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Turnirdə Rövşən Qədirov və Qalib Əbiyev ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, fevralın 16-da başlayacaq “Drakula Open”də final döyüşləri ayın 23-də olacaq.

Qadın boksçularımız Belqradda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Bakıda keçirilən Çempionlar Gecəsi ilin ən yaxşı yarışları sırasında yer alıb

Boks federasiyası əcnəbi hakimlərə sertifikat təqdim edib - foto

Boksçuların Azərbaycan birinciliyi yekunlaşıb -foto

Azərbaycan birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.

Seçilən
63
8
apasport.az

10Mənbələr