AZ

Yağışlı hava nəqliyyatın sıxlığına səbəb olub - SİYAHI

Yağışlı havada yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması nəqliyyat sıxlına səbəb olub, bəzi yollarda sıxlığın müddəti daha da artıb. 

Bakıvaxtı.az bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir.

Məlumata görə, bu gün səhər saatlarından paytaxt ərazisində müşahidə edilən yağışlı hava şəraiti yollarda təbii olaraq nəqliyyatın hərəkət sürətinin aşağı düşməsinə və bəzi yollarda sıxlığın yaranmasına səbəb olub. Ancaq bir neçə küçə və prospektdə qəzaların baş verməsi və texniki nasaz avtomobillərin yolda qalması, sıxlıq olmayan yollarda da nəqliyyatın hərəkətində ləngimələr yaradıb.

Qəzaların qeydə alındığı, texniki nasaz avtomobillərin yolda qaldığı küçə və prospektləri təqdim edirik:

Nizami rayonu, Heydər Əliyev prospekti, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “20 Yanvar” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nizami rayonu, Heydər Əliyev prospekti, tunel, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nizami rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Xətai rayonu, Babək prospekti, "Aysun" şadlıq evinin qarşısı, mərkəz istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, “20 Yanvar” m/st istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Xətai rayonu, 8 Noyabr prospekti, mərkəz istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, keçid, “20 yanvar” m/st istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Nəsimi rayonu, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi, texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, “20 Yanvar” m/st istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, tunel, “20 Yanvar” m/st istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb.

Bildirilib ki, yollarda yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən birlikdə müvafiq tədbirlər görülür.

Seçilən
45
15
bakivaxti.az

10Mənbələr