AZ

Bakıda sıxlıq olan yollar açıqlanıb - Siyahı, Yenilənib

"Yağışlı havada yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması nəqliyyat sıxlına səbəb olub, bəzi yollarda sıxlığın müddəti daha da artıb"...

Poliqon xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu gün səhər saatlarından paytaxt ərazisində müşahidə edilən yağışlı hava şəraiti yollarda təbii olaraq nəqliyyatın hərəkət sürətinin aşağı düşməsinə və bəzi yollarda sıxlığın yaranmasına səbəb olub. Ancaq bir neçə küçə və prospektdə qəzaların baş verməsi və texniki nasaz avtomobillərin yolda qalması, sıxlıq olmayan yollarda da nəqliyyatın hərəkətində ləngimələr yaradıb.

NİİM qəzaların qeydə alındığı, texniki nasaz avtomobillərin yolda qaldığı küçə və prospektlərin siyahısını təqdim edib:

Nizami rayonu, Heydər Əliyev prospekti, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “20 Yanvar” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nizami rayonu, Heydər Əliyev prospekti, tunel, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nizami rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Xətai rayonu, Babək prospekti, "Aysun" şadlıq evinin qarşısı, mərkəz istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, “20 Yanvar” m/st istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Xətai rayonu, 8 Noyabr prospekti, mərkəz istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, keçid, “20 yanvar” m/st istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Nəsimi rayonu, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi, texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, “20 Yanvar” m/st istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, tunel, “20 Yanvar” m/st istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb.

Qeyd olunub ki, yollarda yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən birlikdə müvafiq tədbirlər görülür.

***

Bakının bir sıra yollarında tıxac yaranıb.

Poliqon xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

4. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.

Poliqon.info

Seçilən
45
4
poliqon.info

10Mənbələr