AZ

Azərbaycanın keçmiş səfiri Britaniyada həbs olundu

Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

Missiya.Az xəbər verir ki, bu barədə Londonun "Northwhitch Guardian" nəşri məlumat yayıb. 

Həmin məlumatda qeyd olunur ki, Londonun Naytsbric şəhərində yaşayan keçmiş səfir reabilitasiya klinikasında yuxu dərmanlarından asılılıqdan müalicə olunub. O, 2023-cü il dekabrın 5-də sərxoş vəziyyətdə klinikaya gedib və burada bir neçə işçiyə təhqiramiz ifadələr işlədib, seksual xarakterli hərəkətlər edib. 

Prokuror Coşua Qorst bildirib ki, Norveç və İsveçdə də səfir vəzifəsində çalışmış İbrahimov beş cinsi təcavüz və bir cinsi zorakılığa cəhddə günahını etiraf edib. 

Nəticədə R.İbrahimov iki il şərti olmaqla 16 ay həbs cəzasına məhkum edilib. 

Xatırladaq ki, Rafael İbrahimov 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və həmin tarixdən Londonda yaşayıb.

Seçilən
21
2
missiya.az

5Mənbələr