Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi hazırda 329 nəfər ahıl ər-arvada evdə (səyyar) sosial-məişət xidməti göstərir.
Bu barədə Bakıvaxtı.az-a agentlikdən məlumat verilib.
Qeyd olunub ki, qurumun yerli filialları tərəfindən səyyar sosial-məişət xidməti göstərilən həmin ailələr əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan şəxslərdir.
Agentlik tərəfindən 2431 nəfəri qadın, 714 nəfəri kişi olmaqla, ümumilikdə 3145 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Onlardan 2867 nəfəri ahıl, 278 nəfəri yaşı 70-dən aşağı əlilliyi olan şəxslərdir.
Sosial xidmətçilər tənha ahıl və əlil şəxslərin evlərinə gedərək olur, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.